Şirkətimiz suvarma sistemləri - avtomatik suvarma, drenaj şəbəkəsinin quraşdırılması və bağların yaşıllaşdırılması sahəsində fəaliyyət göstərir.
Müştərilərimizin suvarma və servis xidməti məsələlərinin tam həllini təqdim edirik.

Suvarma sistemləri

Şirkətimiz bütün növ suvarma sistemlərinin tam həllini təklif edir. Təklifimiz paytaxt Bakı şəhəri olmaqla bütün rayonlar üçün aktivdir. Suvarma layihələrinin hər birinə özəl yanaşılır. Torpaq və bitki örtüyü nəzərə alınır, peşəkar əməkdaşlarımızın əraziyə baxışından sonra ən yaxşı suvarma layihəsi tərib olunur və icra olunur.

Damcı suvarma

Damcı ilə suvarma üsulu 60-cı illərin əvvəlindən öz əksini tapmışdır. Onun müsbət nəticələrinə görə, o, qısa müddətdə bütün dünyaya yayılmışdır. 
 Damcı ilə suvarmanın işləmə prinsipi: Su kiçik dozalar ilə bitkinin kök sisteminə daxil olur; suyun miqdarı və dövrü bitkilərin təlabatı ilə müəyyən edilir; su bütün bitkilərə eyni vaxtda və eyni miqdarda verilir.

Yağışyağdırma ilə suvarma

Yağışyağdırma ilə (sprinkler ilə) suvarmada su təzyiq altında xüsusi cihaz vasitəsi ilə havaya atılır, damcılara bölünür və yağış şəklində bitki və torpaq üzərinə çökür. Yağışyağdarma ilə (sprinkler ilə) suvarma üsulu mürəkkəb relyefi olan ərazidə istifadə etmək mümkündür. Qazonun (çimin) suvarılmasinda bu üsuldan istifadə edilir. Kənd təsərrüfatında məhsuldarlığın artırılmasında bu üsulun böyük rolu var.

Avtomatik suvarma

Bağların suvarmasına ayrı-ayrı suvarma xətlərinin işləmə vaxtlarını proqramlaşdıran və ona nəzarət edən “proqramlaşdıran nəzarətçi” cihaz tərəfindən nəzarət edilir. Həmin cihaz 220 V elektrik şəbəkəsindən qidalanır, proqramlaşdırılmış parametrləri yaddaşda salamaq üçün isə 9 V batareyadan istifadə edilir. Cihazı qutuda və ya binanın dahilində yerləşdirirlər. Klapanların sayı suvarılan sahələrinin sayına bərabər olmalıdır. Əlavə olaraq cihaza digər elementlər də qoşula bilər (məsələn: yağış sensoru, torpaqda nəmlik sensoru və s.).
Yaşıllaşdırma
Şirkətimiz suvarma sistemini quraşdırdığı layihələr daxil olmaqla hər bir təsərrüfatın yaşıllaşdırılması və həmin əraziyə qulluq xidmətini təklif edir. Suvarma sistemlərində olduğu kimi bu xidmət paytaxt və rayonlar üçün əlçatandır.

Ağacların əkilməsi

“SULAMA” MMC şirkəti landşaf üzrə bütün kompleks işlərinin layihələndirilməsini təklif edir: landşaftın yaradılması; mövcut landşaftın dəyişdirilməsi; abadlaşdırma işləri; və s.
Dekarativ və meyvə ağacların və kolların əkilməsini, iri ağacların gətirilməsini və əkilməsini, bir illik və çox illik güllərin əkilməsini bizim şirkət tez bir zamanda və keyfiyyətlə yerinə yetirir.

Qazonun əkilməsi

Bağlarda yaşıl ot (qazon, çim) ətrafa gözəllik verir və insanın xoş istirahətində böyük rol oynayır. Hazır yaşıl qazon rulonlar ilə əraziyə yaşıllıqların salınması son zamanlar geniş vüsət almışdır. İlin fəslindən asılı olaraq bu proses dəyişir.
Buraya yaşıllıqların salınması, toxumların əkilməsi və onlara qulluq kimi xidmətlər daxildir.Bizim şirkət hər növ qazonların əkilməsini sizə təklif edir.

Bağlara qulluq

“SULAMA” şirkəti bağlarda ağaclara və qazona qulluq xidmətini təklif edir: ağacların və qazonun vaxtında kəsilməsi; bitkilərə kubrələrin verilməsi; bitkilərdə əmələ gələ biləcək xəstəliklərin qarşısının alınması;
Bütün xidmətlər bağın yerləşdiyi mühit, tərkibindəki bitki örtüyünün analizindən sonra həyata keçirilir.
Drenaj işləri
Drenaj layihələrini də digər xidmətlərimiz kimi xüsusi şəkildə ərazinin relyefini nəzərə almaqla keçiririk. Proses zamanı istifadə etdiyimiz avadanlıq və metodlar layihələrimizin uzunömürlü olmasına gətirib çıxarır. Drenaj layihələrinin qurulmasını Azərbaycanın hər bir ərazisində icra edirik.

Yeraltı qrunt suların kənar edilməsi

Bağlarda bitkilərin inkişafına mənfi təsir edən amillərdən biri yeraltı qrunt sularıdır.Qrunt suları binaların özüllərinə və çöl divarlarına da öz dağıdıcı təsirini göstərir.Qrunt sularını aşagı seviyyələrə yendirmək üçün üfüqü, şaquli və qarışıq drenaj sistemlərindən istifadə edilir.“SULAMA” MMC şirkəti hər bir növ drenaj sisteminin qurulmasını sizə təklif edir. 

Yerüstü qrunt sularının kənar edilməsi

Bağlarda yaşıl ot (qazon, çim) ətrafa ğözəllik salır və insanın xoş istirahətində böyük rol daşıyır. Hazir yaşıl qazon rulonlar ilə əraziyə yaşıllıqların salınması son zamanlar böyük populyarlıqla yayılıbdır. İlin fəslindən asılı olaraq yaşıllıq toxumların səpilməsi ilə də əkilə bilər.Bizim şirkət hər növ qazonun əkilməsini sizə təklif edir.
Suvarma sistemləri