
Suvarma sistemlərinin layihələndirilməsi və quraşdırılması
Damcı, avtomatik və yağışyağdırma suvarma sistemləri üzrə fərdi həllər təqdim edirik. Bakı və regionlarda əraziyə baxış, layihələndirmə, quraşdırma və servis xidməti.
Hansı suvarma sistemlərini qururuq?
Hər sahə fərqlidir. Buna görə suvarma sistemi ərazinin ölçüsü, relyefi, torpaq quruluşu, su mənbəyi və bitki növü nəzərə alınaraq fərdi şəkildə layihələndirilir.
Mütəxəssislərimiz əraziyə baxış keçirdikdən sonra uyğun sistem seçir, layihəni hazırlayır və quraşdırmanı həyata keçirir.
Damcı suvarma
Suyun birbaşa bitkinin kök zonasına verilməsini təmin edir. Suya qənaət edir və kənd təsərrüfatı sahələri üçün uyğundur.
Yağışyağdırma ilə suvarma
Bağ və yaşıllıq sahələrinin müəyyən olunmuş vaxtlarda avtomatik suvarılmasını təmin edir.
Avtomatik suvarma
Qazon, park və geniş yaşıllıq sahələrinin bərabər şəkildə suvarılması üçün effektiv həlldir.
Yaşıllaşdırma
Şirkətimiz suvarma sistemini quraşdırdığı layihələr daxil olmaqla hər bir təsərrüfatın yaşıllaşdırılması və həmin əraziyə qulluq xidmətini təklif edir. Suvarma sistemlərində olduğu kimi bu xidmət paytaxt və rayonlar üçün əlçatandır.
Ağacların əkilməsi
“SULAMA” MMC şirkəti landşaf üzrə bütün kompleks işlərinin layihələndirilməsini təklif edir: landşaftın yaradılması; mövcut landşaftın dəyişdirilməsi; abadlaşdırma işləri; və s.
Dekarativ və meyvə ağacların və kolların əkilməsini, iri ağacların gətirilməsini və əkilməsini, bir illik və çox illik güllərin əkilməsini bizim şirkət tez bir zamanda və keyfiyyətlə yerinə yetirir.
Qazonun əkilməsi
Bağlarda yaşıl ot (qazon, çim) ətrafa gözəllik verir və insanın xoş istirahətində böyük rol oynayır. Hazır yaşıl qazon rulonlar ilə əraziyə yaşıllıqların salınması son zamanlar geniş vüsət almışdır. İlin fəslindən asılı olaraq bu proses dəyişir.
Buraya yaşıllıqların salınması, toxumların əkilməsi və onlara qulluq kimi xidmətlər daxildir.Bizim şirkət hər növ qazonların əkilməsini sizə təklif edir.
Bağlara qulluq
“SULAMA” şirkəti bağlarda ağaclara və qazona qulluq xidmətini təklif edir: ağacların və qazonun vaxtında kəsilməsi; bitkilərə kubrələrin verilməsi; bitkilərdə əmələ gələ biləcək xəstəliklərin qarşısının alınması;
Bütün xidmətlər bağın yerləşdiyi mühit, tərkibindəki bitki örtüyünün analizindən sonra həyata keçirilir.
Drenaj işləri
Drenaj layihələrini də digər xidmətlərimiz kimi xüsusi şəkildə ərazinin relyefini nəzərə almaqla keçiririk. Proses zamanı istifadə etdiyimiz avadanlıq və metodlar layihələrimizin uzunömürlü olmasına gətirib çıxarır. Drenaj layihələrinin qurulmasını Azərbaycanın hər bir ərazisində icra edirik.
Yeraltı qrunt suların kənar edilməsi
Bağlarda bitkilərin inkişafına mənfi təsir edən amillərdən biri yeraltı qrunt sularıdır.Qrunt suları binaların özüllərinə və çöl divarlarına da öz dağıdıcı təsirini göstərir.Qrunt sularını aşagı seviyyələrə yendirmək üçün üfüqü, şaquli və qarışıq drenaj sistemlərindən istifadə edilir.“SULAMA” MMC şirkəti hər bir növ drenaj sisteminin qurulmasını sizə təklif edir.
Yerüstü qrunt sularının kənar edilməsi
Bağlarda yaşıl ot (qazon, çim) ətrafa ğözəllik salır və insanın xoş istirahətində böyük rol daşıyır. Hazir yaşıl qazon rulonlar ilə əraziyə yaşıllıqların salınması son zamanlar böyük populyarlıqla yayılıbdır. İlin fəslindən asılı olaraq yaşıllıq toxumların səpilməsi ilə də əkilə bilər.Bizim şirkət hər növ qazonun əkilməsini sizə təklif edir.
İlkin qiymətləndirmə
Suvarma sistemi üçün qiymət öyrənin
Sahəniz haqqında qısa məlumat göndərin. Komandamız ehtiyacınıza uyğun suvarma və drenaj həllini ilkin olaraq qiymətləndirsin.
Səbətiniz boşdur
0
Vahid
/
$0
Sifarişi tamamla
Səbəti təmizlə


