Back to the list

Suvarma sistemləri - Növləri və istifadə sahələri


Suvarma sistemləri haqqında danışılarkən ilk öncə suvarma və onun mahiyyəti haqqında məlumat vermək lazımdır.Suvarma — bitkilərin rütubətlə təminatı və həmçinin şorlaşmış torpaqlarda duz rejiminin tənzimlənməsi məqsədi ilə torpaqların süni nəmləndirilməsi prosesidir. 



 Suvarma meliorasiya növlərindən biridir. Suvarma arid zona torpaqlarının əhəmiyyətli dərəcədə yaşılaşdırılmasına imkan verir. Suvarmada məqsəd kənd təsərrüfatı bitkilərindən yüksək məhsul almaq, torpağın su, hava, istilik rejimlərini təmin edib nizamlamaqdır. 


Vegetasiya dövründə bitkinin inkişafı üçün torpaqda nəmlik çatışmadıqda suvarmaya ehtiyac yaranır. Suvarma kənd təsərrüfatı bitkilərinin suya olan tələbatını təmin edir, faydalı mikroorqanizmlərin inkişafına imkan yaradır, bitkinin qida rejimini, boy və inkişafını gücləndirir, torpağın hava rejimini tənzimləyir və məhsuldarlığı artırır, torpaqda çatışmayan rütubəti tamamlayır. Suvarma müxtəlif üsullarla (səthi suvarma, süni yağışyağdırma, torpaqaltı suvarma, damcılı suvarma və s.) aparılır. 



 Suvarma sistemiSuyu suvarma mənbəyindən götürüb suvarılan sahəyə paylayan və bitkilərin suvarılmasını təmin edən qurğular. Suvarma sisteminə baş su qəbuledici qurğu, ana kanal, daimi paylayıcı kanallar, müvəqqəti kanallar, suvarma şəbəkəsi, hidrotexniki qurğular daxildir. Su ana kanallar vasitəsilə daimi paylayıcı kanallara, buradan isə təsərrüfatlara paylanır. Müvəqqəti kanallar suyu paylayıcı kanallardan götürüb suvarma şəbəkəsinə verir. Sızmaya və buxarlanmaya gedən itkinin qarşısını almaq üçün əksər hallarda Suvarma sistemi qapalı tikilir, suvarma kanallarının bir hissəsi, yaxud hamısı borularla əvəz edilir.


 SULAMA MMC - SUVARMA SİSTEMLƏRİ"SULAMA" MMC Şirkəti avtomatik suvarma, drenaj şəbəkəsinin quraşdırılması və bağların yaşıllaşdırılması(parkların salınması) sahəsində işləri görür. Öz sifarişçilərimizə suvarma və serviz xidməti məsələlərinin tam həllini təqdim edirik.


 Bizim xidmətlərimiz: 

  • suvarma layihələrinin hazırlannası; 
  • avtomatik suvarma sisteminin quraşdırılması; 
  • damcı ilə suvarma sistemləri; 
  • çiləyidicilər;
  •  bütün drenaj növləri; 
  • yaşıllaşdırma;suvarma məsələlərində məsləhətlər; 
  • təmənnasız ilkin təkliflər; 
  • xidmətlərimizə zəmanətin verilməsi və s.

 SUVARMA MMC-ni unikal edən bir neçə detal vardır. Onlardan biri də məhz  KEYFİYYƏT amilidir.



  SULAMA MMC təklif etdiyi xidmətlərin keyfiyyətindən tam zəmanət verir. Şirkət müştəriləri ilə münasibətdə prioritet tutduğu dəyərlərdən biri də məhz keyfiyyətdir.Təmir və bərpaSULAMA MMC əvvələr mülkiyətinizdə səhv qurşadırlmış yaxud xarab olmuş sistemlərin bərpa və təmiri xidmətini də həyata keçirirQURAŞDIRILMASULAMA MMC edilmiş sifarişləri sizin bağ, ev və həyətyani ərazilərinizdə quraşdırılmasını həyata keçirir.Suvarma sistemləri haqqında daha ətraflı məlumat almaq və xidmətlərimizdən istifadə üçün bizimlə saytımızdakı əlaqə formundan və aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz.


 [email protected]